Bir nəfərin rahatlığı, onlarla sürücünün narazılığı - VİDEO
Bakıda taksi dayanacağında qayda pozuntusu qeydə alınıb.
Patrul.az redaksiyasına daxil olan videogörüntüdə paytaxtın Bakı şəhərində, Bəsti Bağırov küçəsində yol hərəkəti qaydalarının pozulması əks olunub.
Kadrlardan görünür ki, 10-PP-308 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobil taksilər üçün ayrılmış xüsusi parkinq yerində saxlanılıb. Həmin ərazi sərnişin daşımaları ilə məşğul olan nəqliyyat vasitələri üçün nəzərdə tutulub.
Hadisə ərazidə fəaliyyət göstərən taksi sürücülərinin haqlı narazılığına səbəb olub. Onların sözlərinə görə, bu cür hallar iş prosesinə maneə yaradır, sərnişinlərin götürülməsində gecikmələrə və ərazidə sıxlığa səbəb olur.
Qeyd edək ki, xüsusi təyinatlı dayanacaqlardan təyinatı üzrə istifadə olunması qanunvericiliyin tələbidir. Qayda hamı üçün eynidir və ona əməl olunması şəhər nəqliyyatında nizam-intizamın qorunması baxımından vacibdir.






