media-inshot_20260301_190302605

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.

Patrul.az xəbər verir ki, İran Prezidenti müraciətində ölkəsinin düşmənlərinə qarşı qətiyyətli mövqe sərgiləyəcəklərini bildirib. O qeyd edib ki, İran düşmənlərinin bazalarını və hərbi imkanlarını məhv etməklə onları ümidsiz vəziyyətə salacaq.

Pezeşkian həmçinin vurğulayıb ki, ölkənin düşmənlərinin planları qarşısında İran xalqı birlik nümayiş etdirməlidir. Onun sözlərinə görə, yalnız birlik və həmrəylik sayəsində bu planların qarşısını almaq mümkündür.


Bənzər xəbərlər