media-inshot_20260219_210224956

“Biz Birləşmiş Millətlər Təşkilatını gücləndirəcəyik”

Patrul.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Qəzza münaqişəsinə son qoymaq məqsədilə yaradılmış Sülh Şurasının ilk iclası zamanı deyib.

Tramp bildirib ki, bu Şura Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinə nəzarət edəcək:

“Düşünürəm ki, Birləşmiş Millətlər Təşkilatı daha güclü olacaq. Sülh Şurası demək olar ki, BMT-yə nəzarət edəcək və onun düzgün işləməsini təmin edəcək. Biz BMT-ni gücləndirəcəyik və onun imkanlarının yüksək səviyyədə olmasına əmin olacağıq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin BMT-nin maliyyə dəstəyinə ehtiyac duyduğunu da vurğulayıb.

Xatırladaq ki, Tramp daha əvvəl dünya liderlərini vaxtında Sülh Şurasına qoşulmağa çağırmışdı. Lakin bu təşəbbüsün BMT-ni zəiflətmək və ya ona paralel qurum kimi fəaliyyət göstərmək məqsədi daşıya biləcəyindən ehtiyat edən Avropa liderləri və Avropa İttifaqı daxilində ciddi narahatlıq yaranmışdı.

Onu da qeyd edək ki, Sülh Şurasının ilk iclasında Vaşinqtonun əsas Qərb müttəfiqləri iştirak etməyiblər.


Bənzər xəbərlər