media-85e09ca1c433c9ea3a542dc1f9b1a238

 Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. 

Patrulaz.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, göstərilən texniki xidmət çərçivəsində hərbi hissələrin texniki xidmət məntəqələrində texnikalar mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təmin olunur, elektrik sistemləri yoxlanılaraq zəruri xidmətlər göstərilir.

Hərbi hissələrə lazım olan ehtiyat hissələri və avadanlıqlar mərkəzləşdirilmiş şəkildə çatdırılaraq tam təminat normalarına uyğun yerinə yetirilir.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə yerinə yetirilən mövsümi xidmət tədbirləri təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla icra edilir.

media-7c13dbd3707279c83eca63f3f5457c74 media-sddf media-85e09ca1c433c9ea3a542dc1f9b1a238 media-778b63dbc393d8d3866391765d41e39f media-546c65c2d00febdc476280cbcc776ef7


Bənzər xəbərlər