“Borzıy” taksi sürücüsü: “Eləmirəm, “borzıy”am mən”
Patrul.az redaksiyasına müraciət edən izləyicimiz “Uber” taksi xidmətindən sifariş verdiyi zaman sürücünün qeyri-adi davranışı və yazışma tərzindən narazılığını bildirib.
İzləyicimizin təqdim etdiyi ekran görüntülərinə əsasən, sifariş zamanı o, sürücüyə “Salam, gəlirsən?” sualını göndərib. Sürücü isə cavabında sadəcə “Yox” yazıb. Ardınca müştəri “Atqaz elə” (yəni sifarişi ləğv et) dedikdə, sürücü “Eləmirəm, borzuyam mən” cavabı ilə qarşılıq verib.
Dialoq zamanı sürücü dəfələrlə “borzuyam” ifadəsini təkrarlayaraq sifarişi ləğv etməyəcəyini bildirib. İzləyicimiz isə vəziyyəti yumorla qarşılayaraq “He, heçnə, mən taksi zakaz elədim, gedirəm, sən də gözlə orda” deyə cavab yazıb.
Söhbətin sonunda sürücünün “Öpürəm bratka” yazması isə vəziyyəti daha da qəribə və eyni zamanda gülməli edib.
İzləyicimizin sözlərinə görə, bu hadisə Uber tətbiqi vasitəsilə sifariş etdiyi Ağ Toyota Vitz (77-NO-480) markalı nəqliyyat vasitəsinin sürücüsü Yarıyev Sənan Nazim oğlu tərəfindən baş verib.
Məsələ ilə bağlı Patrul.az olaraq Uber tərəfinin mövqeyini dərc etməyə hazırıq.







