media-inshot_20250825_142107054

Tacikistanda Böyük Vətən müharibəsinin qocaman veteranı, Hisar şəhərində yaşayan Rəşid Kərim 114 yaşında dünyasını dəyişib.

Patrulaz.az xəbər verir ki, Rəşid Kərim 1912-ci ildə anadan olub. 1935-ci ildən müəllim işləyib, 1942-ci ildə isə cəbhəyə çağırılıb. O, Stalinqrad döyüşündə iştirak edib, 1-ci Ukrayna Cəbhəsinin 204-cü artilleriya alayında xidmət edib. Kərim həmçinin Praqa və Berlin uğrunda döyüşlərdə də iştirak edib.

Qeyd edək ki, Rəşid Kərim Tacikistanda Böyük Vətən müharibəsinin ən qocaman iştirakçılarından biri hesab olunurdu.

media-img_20250825_140310_740 media-img_20250825_140311_280 media-img_20250825_140310_796


Bənzər xəbərlər