Britaniya tək bir peyvəndlə xərçəng müalicəsi üçün işə başladı
Britaniya böyük bir yeniliyə imza ataraq, xərçəng xəstələrinin 15 fərqli xəstəlik növü üçün tək bir inyeksiya ilə müalicə olunmasına imkan verəcək yeni bir “super peyvənd”i tətbiq etməyə hazırlaşır.
Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, sidik kisəsi, dəri və qida borusu xərçəngi də daxil olmaqla 15 müxtəlif xərçəng növünə qarşı ayda təxminən 1200 xəstəyə veriləcək bu müalicəni təqdim edən ilk Avropa ölkəsi Birləşmiş Krallıq olacaq.
Cəmi 15 dəqiqə çəkəcək yeni müalicə, xəstələrin nivolumab adlı peyvənddəki immunoterapiyanı qəbul etməsinə şərait yaradacaq. Monoklonal antikor olan bu dərman, T-hüceyrəsi adlanan immun hüceyrəsinin üzərindəki PD-1 adlı proteinə bağlanaraq təsir göstərir. Bu mexanizm, xərçəng hüceyrələrinin T-hüceyrələrini təsirsiz hala gətirməsinin qarşısını alaraq, immun sisteminin xərçəng hüceyrələrini tapıb məhv etməsini təmin edir.
Peyvənd gələn aydan etibarən uyğun olan xəstələrə tətbiq olunmağa başlanacaq. Bu mühüm yenilik, həm xəstələr, həm də səhiyyə işçiləri üçün ayda təxminən 1000 saatlıq müalicə vaxtına qənaət edilməsinə də imkan verəcək.
Ləman Sərraf