media-36185066-f56c-45d3-b848-fbc0f41f858c

Masazır məzunlar binasında yaşayan sakinlər bir qadının ruhi xəstəlik səbəbilə təhlükə yaratdığını bildirir.

Patrulaz.az-a verilən məlumata görə, həmin qadın bina 1,  blok 1, mərtəbə 8 ünvanında yaşayır və daimi olaraq yüksək səslə qışqıraraq uşaqlar və qonşular üçün ciddi narahatlıq yaradır. Sakinlərin sözlərinə görə, qadının ailəsi də onun davranışlarından çəkinərək evi tərk edib.
Qonşular müvafiq qurumlardan yardım istəyir və qadının xəstəxanaya yerləşdirilməsini xahiş edirlər. Onlar bildirir ki, bu vəziyyət həm uşaqların psixologiyasına, həm də ümumi təhlükəsizliyə mənfi təsir göstərir.


Bənzər xəbərlər