Bu dəfə havanın dəyişkənliyi nə qədər davam edəcək?
Ölkənin bir çox bölgəsində yağışlı və küləkli hava şəraiti qeydə alınıb.
Patrulaz.az Milli Hidrometeorologiya Xidmətindən verdiyi məlumata görə, ən çox yağıntı İsmayıllıda müşahidə edilib – 29 mm. Zaqatalada 11 mm, Sarıbaşda (Qax) 10 mm, Astarada 9 mm, İmişlidə isə 8 mm-ə yaxın yağıntı düşüb. Digər rayonlarda yağıntının miqdarı əsasən 1-7 mm arasında dəyişib. Paytaxt Bakı və Abşeron yarımadasında isə cəmi 1 mm-dək yağış qeydə alınıb.
Bəzi ərazilərdə qərb küləkləri güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 25 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s, Ağdamda 16 m/s, Bakıda və Abşeronda isə 15 m/s-ə çatıb.
Havanın temperatur göstəriciləri bölgələr üzrə fərqlənib:
Bakı və Abşeron yarımadası – 25°C
Aran və Naxçıvan MR – 30°C
Dağlıq rayonlar – 16°C-yə qədər
Qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir.






