media-isti_nhava_1741595663

Bu gün havalar 33 dərəcəyə qədər isinəcək.

Milli Hidrometeorologiya Xidmətinin Publika.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, ara-sıra buludlanma müşahidə olunsa da, əsasən yağmursuz keçəcək. Bununla belə, 7-si gecə və 8-i səhər bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxması mümkündür. Şimal-qərb küləyi mülayim əsəcək.

Havanın temperaturu gecə 18-21°, gündüz isə 26-31° arasında dəyişəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə saatlarında 65-75 %, gündüz isə 40-50 % olacaq.

Bölgələrdə də hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ancaq dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və hətta dolu ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə zəif duman müşahidə oluna bilər. Şərq küləyi əsəcək.

Rayonlarda gecə 16-20°, gündüz 28-33° isti olacaq. Dağlıq yerlərdə isə gecə 5-10°, gündüz 15-20° arasında dəyişən temperatur gözlənilir.


Bənzər xəbərlər