media-inshot_20260224_112843721

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları tarix boyu faktlarla öz təsdiqini tapıb. Ən dəhşətlisi isə qan yaddaşımıza yazılan Xocalı soyqırımında başımıza gətirildi.

XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri – Xocalı soyqırımının 34-cü ili yaxınlaşır.

Faciəvi qan yaddaşımız haqqında Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu günlərdə Azərbaycan xalqı növbəti soyqırım hadisəsini qeyd edir:

media-inshot_20260224_112656155

“Hər il biz bu hadisəni faciə kimi təhlil etsək də, artıq fərqli bir yanaşmanı qeyd edirik. Çünki Azərbaycan xalqı qalibdir və öz torpaqlarını işğaldan azad edib.

Bugünkü gündə 26 fevral Xocalı soyqırımını yada salarkən bu hadisəni törədən cinayətkarların cəzalandığının şahidi oluruq. Dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində qələbəmizi təmin etmişik. Bu, bizim uğurumuz, tarixi nailiyyətimizdir. Bu qan yaddaşını yeni nəslə təbliğ etməli, xalqımızın yaşadıqları ağrı-acını unutmamaq üçün hər birimiz çalışmalıyıq”.

Ləman Sərraf


Bənzər xəbərlər