media-inshot_20250613_093212697

İyunun 13-nə Azərbaycanda gözlənilən hava durumu açıqlanıb.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayımlayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağıntısız keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb istiqamətli külək əsəcək.

Paytaxtda gecə saatlarında temperatur 20-22° isti, gündüz isə 26-30° isti təşkil edəcək. Atmosfer təzyiqinin 759 mm civə sütunu səviyyəsində olacağı, nisbi rütubətin isə gecə 70-75%, gündüz 50-55% arasında dəyişəcəyi gözlənilir.

Bölgələrdə də hava əsasən sabit və yağıntısız keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli leysan yağışı və şimşək ehtimal olunur. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi istisna edilmir. Gecə və səhər saatlarında dağlıq rayonlarda arabir duman müşahidə oluna bilər. Küləyin əsasən şərq istiqamətində mülayim əsəcəyi gözlənilir.

Rayonlarda gecə temperaturu 18-23° isti, gündüz 32-37° isti olacaq. Dağlıq ərazilərdə isə gecələr 10-15°, gündüzlər 20-25° isti müşahidə ediləcək.


Bənzər xəbərlər