Bu küçədə tez-tez qəza hadisələri baş verir - VİDEO
Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Mehdi Mehdizadə küçəsində demək olar ki, hər gün yol-nəqliyyat hadisəsi baş verir. Sakinlərin və həmin istiqamətdən tez-tez istifadə edən sürücülərin sözlərinə görə, küçənin qəza çox baş verən hissəsində svetaforun quraşdırılması zəruridir.
Onlar Patrulaz.az-a bildiriblər ki, ərazidə həm nəqliyyat axını, həm də piyada hərəkəti çox olduğundan sürücülər üçün təhlükəli vəziyyət yaranır. Qəzalara səbəb olan halların qarşısını almaq və yolda hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq qurumların, xüsusilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bu məsələ ilə bağlı addım atması vacib sayılır.






