media-aef85d89-87a1-491d-aa9c-93a54e68f4ab

Abşeron rayonunun Məhəmmədli kəndi, Mustafa Kamal Atatürk küçəsi, Neft ərazisindəki antisanitar vəziyyətlə bağlı yaxın keçmişdə Patrulaz.az-ın işıqlandırdığı görüntülərdən sonra aidiyyatı qurumlar əraziyə baxış keçirib və müəyyən təmizlik işləri aparıblar. Sakinlərə isə növbəti gün yenidən gələrək təmizliyə davam edəcəkləri bildirilib. Lakin sakinlərin gözləntisinə baxmayaraq, həmin vəd yerinə yetirilməyib. Əraziyə nə təmizlik briqadası qayıdıb, nə də ehtiyac olan zibil qutuları qoyulub. Nəticədə küçə yenidən əvvəlki çirkliliyə qayıdıb və məişət tullantıları ətrafı bürüyüb.
Sakinlər haqlı olaraq narazılıq edirlər, çünki o ərazidə yaşayanların az yaşlı övladları tullantılara yığılan küçə itlərinə görə tək yola çıxa bilmir və normal dərslərinə gedib-gələ bilmirlər.
Maraqlıdır, üç ədəd zibil qutusunun yerləşdirilməsi bu qədərmi çətindir? Məsələnin həlli üçün mütləq kiminsə övladına itlərin hücum etməsinimi gözləyirlər? Məsul qurumlar bu problemi nə vaxta qədər görməzdən gələcəklər?
Ərazi sakinləri aidiyyatı qurumlardan təcili tədbirlər görülməsini tələb edirlər.


Bənzər xəbərlər