Bu məktəbin həyətində təhlükəli vəziyyət var - VİDEO
Nəsimi rayonu, Samir Hacıyev adına 5 nömrəli orta məktəbin həyətində uzun müddətdir qurumuş 30-40 metr hündürlüyündə ağaclar təhlükəli vəziyyət yaradıb.
Patrulaz.az-a şikayət edən sakinlərin sözlərinə görə, bu ağaclar artıq aşmaq üzrədir və hər an ciddi fəsadlara səbəb ola bilər. Məktəbdə təhsil alan şagirdlər və orada çalışan müəllimlər üçün bu vəziyyət böyük risk daşıyır.
Vətəndaşlar ağacların dərhal kəsilməsini tələb edirlər: “Bu ağaclar istənilən an aşıb uşaqların, məktəb heyətində və yaxınlıqda olan insanların həyatını təhlükəyə ata bilər. Niyə gözləyirlər ki, faciə baş versin, sonra tədbir görsünlər?” – deyə valideyinlər narazılıqlarını bildiriblər.