media-inshot_20251201_192518580

İndoneziyada dəhşətli təbii fəlakət nəticəsində ölənlərin sayı artmağa davam edir.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 502-yə çatıb.

Təbii fəlakət 2 500 nəfərin yaralanmasına səbəb olub. Təxminən 3300 binaya ciddi ziyan dəyib, 500 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan əlavə, 508 nəfər hələ də itkin sayılır.

Şimal Sumatra, Aceh və Qərbi Sumatra əyalətlərində güclü yağışlar təbii fəlakətlərə səbəb olub.

Məlumata görə, hakimiyyət orqanları fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardımın göstərilməsi üçün tədbirlər görür.

Gülbəniz Səfərova

media-1764582709 media-692d3ce875877692d3ce8758781764572392692d3ce875875692d3ce875876 media-sjffxusf-untitled-2 media-gky4ksimbblzdcpdjf2tbnbh64 media-3649564 media-qvncyrr7trmtbbcwnwwuxrblnm media-gmxpqh4r4nowlkizlmqltlw6se media-3960 media-indonesia-flood-450x253 media-7a267ff0-ce7e-11f0-8e9a-bddbad45e409 media-1764573542405425w0kthjihon-apn media-cd77e300-cc0e-11f0-ba70-9d8afef09089 media-8c459ab8-99cb-45a0-87cd-0213241bb181-jpg


Bənzər xəbərlər