media-ac6ab07b-6a70-4d39-99d2-5ad07c4f7c39

Taliban hakimiyyəti şahmatın İslam qanunvericiliyinə zidd olduğunu əsas gətirərək Əfqanıstanda bu idman növünü müvəqqəti olaraq qadağan edib.

Patrulaz.az “The Express Tribune” nəşrinə istinadən xəbər verir ki, Talibanın İdman Direktorluğunun sözçüsü Atal Maşvani şahmatın şəriətə görə qumar vasitəsi hesab olunduğunu və bu səbəbdən “Fəziləti Təbliğ və Təbiətin qarşısının alınması” qanunu çərçivəsində dayandırıldığını açıqlayıb.

“Bu mülahizələrə diqqət yetirilməyənə qədər Əfqanıstanda şahmat idmanı dayandırılır”, – deyə Maşvani bildirib.

Qeyd edək ki, Əfqanıstanın Şahmat Federasiyası son iki ildə heç bir rəsmi tədbir keçirməyib və rəhbərlik səviyyəsində problemlərin olduğu bildirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər