media-23da1093-fc86-400d-9aed-d210addc42aa

Böyük Britaniyada univermağın altında 317 insan skeleti tapılıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Qloster şəhərində yerləşən univermağda aparılan arxeoloji qazıntılar zamanı 317 insan skeleti aşkarlanıb.

Patrulaz.az xəbər verir ki, ərazidə qazıntı işləri aparan Cotswold Arxeologiyası qrupu skeletlərlə yanaşı, orta əsrlər və Roma dövrünə aid çoxsaylı artefaktlar da üzə çıxarıb. Tapılan əşyalar arasında tütün borusu, şərab şüşəsinin parçaları, saxsı qablar və eramızın II əsrinə aid yolun qalığı da yer alır.

Cotswold Arxeologiyasının rəhbəri:
“317 skeletin tapılması ərazinin qədimdə məzarlıq kimi istifadə edildiyini təsdiqləyir. Bura həm Roma dövrünün, həm də orta əsrlərin canlı tarixini daşıyan unikal bir sahədir-, deyə bildirib.

Qeyd edək ki, 2023-cü ildə ərazidə təmir işlərinə başlanıldıqdan sonra burada daha öncə də onlarla qədim qəbir və arxeoloji tapıntılar aşkarlanmışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər