media-2773cd6a-cab7-47b7-9784-2a254d696381

İngiltərədə sevgilisini öldürən cinayətkarın dərisindən düzəldilmiş kitabın nüsxəsi aşkarlanıb.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, 1827-ci ildə sevgilisi Maria Marteni öldürməkdə təqsirli bilinən və edam olunan Korderin dərisindən hazırlandığı iddia edilən ikinci kitab Suffolkdakı Moyse Holl Muzeyinin ofisində aşkar olunub. Kitabın onurğa və künclərində insan dərisindən istifadə edildiyi güman edilir.

“Bu kitablar xüsusilə dəhşətlidir və sərgilənməməlidir,” – deyə “Dəhşətli Tarixlər” seriyasının müəllifi Terri Diri The Guardian qəzetinə bildirib. O, Korderin məhkum edilməsinin şübhəli sübutlara əsaslandığını da vurğulayıb.

Qeyd edək ki, muzey kitabı “keçmişə pəncərə” adlandıraraq nümayişin tarixi maarifləndirmə məqsədi daşıdığını bildirib. Muzeyin irs üzrə eksperti Daniel Clarke isə bunun narahatedici tarix olduğunu, amma ondan dərs almaq üçün kitabla üzləşməli olduğunu söyləyib.

Xatırladaq ki, Uilyam Korder 1827-ci ildə İngiltərədə baş vermiş məşhur “Qırmızı Anbar Cinayəti” ilə tanınan şəxsdir. O, sevgilisi Maria Marteni evlənmək vədilə bir anbara çağıraraq orada qətlə yetirib və cəsədini basdırıb. Cinayəti gizlətməyə çalışsa da, hadisə açılıb və Korder 1828-ci ildə ictimaiyyət qarşısında edam edilib. Edamdan sonra onun bədəni üzərində tibbi təcrübələr aparılıb, dərisi soyularaq məhkəmə prosesi haqqında yazılmış bir kitabın cildində istifadə olunub.

Bu hadisə dövrünün ən səs-küylü və dəhşətli cinayətlərindən biri hesab olunur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər