"Bu, qalib gələ biləcək bir müharibə deyil" - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Ukraynada hərbi əməliyyatlara son qoymağa çağırıb və sülh əldə edilmədiyi halda Moskvanın yeni təzyiqlərlə üzləşəcəyini bildirib.
Patrulaz.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, Tramp oktyabrın 15-də keçirdiyi çıxışda Rusiya liderinin “öz ölkəsinə zərər vuran gülünc müharibəni” davam etdirməsindən məyus olduğunu deyib.
“Onun niyə davam etdiyini başa düşmürəm. Prezident Putindən istədiyimiz tək şey – dayanmaq, ukraynalıları və rusları öldürməyi dayandırmaqdır”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
ABŞ lideri qeyd edib ki, Vaşinqton sülhün bərqərar olması üçün çalışır, lakin Putin və Zelenski arasında dərin düşmənçilik hələ də sülh prosesinə mane olur.
Tramp vurğulayıb ki, ABŞ Rusiyayla qarşıdurma istəmir, əksinə, müharibəyə son qoymaq niyyətindədir:
“Bu, qalib gələ biləcək bir müharibə deyil. Bu, sona çatdırılmalı olan bir müharibədir,” – deyə o əlavə edib.
ABŞ prezidenti həmçinin yaxın günlərdə Vladimir Zelenski ilə görüşərək Ukraynanın qarşıdan gələn hücum planlarını və Kiyevə “Tomaqavk” raketlərinin verilməsi məsələsini müzakirə edəcəyini açıqlayıb.
Gülbəniz Səfərova






