Bu rayonda 8 ailənin yolunu bağlayıb blokadaya saldılar- VİDEO
Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayan bir qrup sakin ciddi problemlə üzləşib.
Onların Patrulaz.az-a verdiyi məlumata görə, ərazidə torpaq alqı-satqısı ilə məşğul olan Rəşad Əkbərov onların evlərinin önündəki yolun bir hissəsini kəsərək, həmin ərazinin ona məxsus olduğunu iddia edib. Bu səbəbdən 8 qonşu öz evlərinə girib-çıxa bilmir. Sakinlər bildirir ki, yolun qanuni olaraq onlara aid olduğu qeydiyyatda göstərilsə də, hansısa qurumun səhvi nəticəsində onların hüquqları pozulub.
Məsələ məhkəməyə qədər gedib çıxıb və məhkəmə qərarı icra edildikdən sonra polis nəzarətində ərazi təmizlənərək akt tərtib olunub. Lakin problem hələ də tam həllini tapmayıb.
Sakinlər müvafiq qurumların məsələyə müdaxilə edərək onların haqqını bərpa etməsini xahiş edirlər.