media-inshot_20260721_091419243

2026-cı il avqustun 5-də SpaceX raketinin qalıqlarının Aya düşməsi gözlənilir.

Patrul.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə amerikalı milyarder İlon Maska məxsus olan SpaceX Falcon 9 raketi Aya iki eniş aparatı çatdırmaq üçün kosmosa göndərilib. Lakin son tədqiqatlara görə, raketin yuxarı pilləsi Ay səthi ilə toqquşa bilər.

Mütəxəssislər hazırda zərbənin Yerdən görünüb-görünməyəcəyi ilə bağlı müzakirələr aparırlar. Onlar bildiriblər ki, əgər toqquşma nəticəsində yaranan toz buludunu Günəş işıqlandırarsa, bu hadisə Yerdən görünə bilər.

Məlumata görə, toqquşma Yer kürəsi üçün heç bir təhlükə yaratmayacaq.

Qeyd edək ki, Falcon 9-un yuxarı pilləsi təxminən dörd ton ağırlığındadır. Bu kosmik parçası hazırda saniyədə iki kilometrdən çox sürətlə hərəkət edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər