media-inshot_20260721_154128093

Hindistanda gəlin iki il ərzində davamlı təcavüzünə məruz qaldığı qayınatasının cinsiyyət orqanını kəsib.

Patrul.az xəbər verir ki, hadisə Uttar-Pradeş  ştatının Müzəffərnaqar rayonunda qeydə alınıb.

İddiaya görə, 28 yaşlı qadın mütəmadi olaraq 67 yaşlı qayınatası tərəfindən cinsi istismara və qısnamaya məruz qalıb.

Şübhəli şəxs ifadəsində həyat yoldaşının işləmək məqsədilə digər şəhərlərə getməsindən istifadə edən qayınatasının son iki il ərzində ona qarşı zorakılıq törətdiyini bildirib. Mənəvi və fiziki təzyiqlərə dözə bilmədiyini bildirən qadın ülgüclə qayınatasına hücum edərək onun cinsiyyət orqanını kəsdiyini vurğulayıb.

Yaşlı kişinin qışqırıq səslərini eşidən qonşular dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları ağır xəsarət alan zərərçəkmişi təcili tibbi yardım maşını ilə rayon xəstəxanasına çatdırıblar.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən gəlin hadisədən dərhal sonra saxlanılaraq nəzarətə götürülüb. Hazırda faktla bağlı genişmiqyaslı araşdırma aparılır, qadının uzunmüddətli cinsi zorakılıq barədə iddiaları yoxlanılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər