Mərdəkanda sakinlərin zibilliyə çevirdiyi ərazi təmizləndi - FOTOLAR
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində sökülmüş iki evin həyətindəki zibillik təmizlənib.
Bu barədə Patrul.az-ın sorğusuna cavab olaraq Xəzər Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ərazi Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) və Mərdəkan qəsəbə nümayəndəliyi tərəfindən təmizlənib.

Gülbəniz Səfərova






