media-inshot_20250614_153230730

Bakıda və Abşeron yarımadasında və bir sıra digər bölgələrdə iyunun 15-16-da müşahidə olunacaq güclü küləklə əlaqədar olaraq sarı və narıncı xəbərdarlıq edilib.

Patrulaz.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gəncə, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Salyan, Neftçala, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Ağdam, Ağdərə, Füzuli, İmişli, Beyləqan, Laçın, Cəbrayıl, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağcabədi, Saatlı, Sabirabad, Şirvan, Quba, Qusar, Şabran, Xaçmaz, Xızı, Siyəzəndə qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Mingəçevir, Daşkəsən, Naftalan, Goranboy, Qobustan, Hacıqabul, Kəlbəcərdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.


Bənzər xəbərlər