Bu yolda işıqlandırma sistemindəki nasazlıq sürücülərin və piyadaların hərəkətini çətinləşdirir - VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən duz gölü yolunda işıqlandırma sistemindəki nasazlıq sürücülərin və piyadaların hərəkətini çətinləşdirir.
Patrulaz.az-a daxil olan məlumata görə, sözügedən ərazidə işıq dirəkləri yalnız 3 gündən bir yandırılır. Aktiv olduqları vaxtda isə dirəklər tez-tez yanıb-sönərək sürücülərdə çaşqınlıq yaranmasına səbəb olur.
Sürücülərin sözlərinə görə, qaranlıqda yola qəfil çıxan heyvanlar qəzalara səbəb olur, piyadalar isə yolu keçməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, Masazır duz gölü yolunda işıqlandırma problemi ilə bağlı dəfələrlə yol-nəqliyyat hadisələri baş verib. Yerli sakinlər və sürücülər aidiyyəti qurumlardan işıq dirəklərinin tam işlək vəziyyətə gətirilməsini və yolun təhlükəsizliyinin təmin edilməsini xahiş edirlər.
Gülbəniz Səfərova






