media-inshot_20260515_181703713

Məlum olduğu kimi, bu gün aprelin 19-da keçirilən imtahanların nəticələri açıqlanıb. 

Patrul.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 11-ci siniflərin buraxılış imtahanında cəmi bir nəfər ən yüksək nəticəni göstərib.

Bu, Naxçıvanın Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbini­n cari il məzunu Babazadə Ayxan Asiman oğludur. O, imtahanda maksimal – 300 bal toplayıb.

Qeyd edək ki, A.Babazadə iki il əvvəl IX sinif buraxılış imtahanlarında da yüksək nəticə göstərib və rayon birincisi olub.


Bənzər xəbərlər