media-7e2ca618-d019-4936-b6b7-806eea983757

Bakıda qar yağışı zamanı “BakuBus” sürücüsü olan izləyicimiz, diqqətəlayiq bir addım atıb.

Patrulaz.az-a göndərilən görüntülərdə sürücü şaxtada qarın altında qalan və park edilmiş avtomobillərin şüşə silənlərini soyuq havada gəzərək bir-bir qaldırıb. Bu xeyirxah əməli ilə sürücü, avtomobil silgəclərinin buz bağlamasının qarşısını almış və səhər saatlarında avtomobil sahiblərinin əziyyət çəkməməsi üçün əhəmiyyətli bir iş görmüşdür. 

Bu cürə yaxşı insanların olması cəmiyyətdəki həmrəyliyi artırır və insanlar arasında yardımlaşma ruhunu gücləndirir. Baku Bus sürücüsünün bu xeyirxah əməlləri, cəmiyyətdə pozitiv nümunələr yaratmağın nə qədər önəmli olduğunu bir daha göstərir.


Bənzər xəbərlər