“By.Ruslan Pizza” qalmaqalı: Şəriklər arasında mübahisə böyüdü - VİDEO
Patrul.az redaksiyasına müraciət edən “By.Ruslan Pizza” restoranlar şəbəkəsinin rəhbəri Mehdi Ruslan Nizami oğlu bildirib ki, keçmiş şərikləri Orucov Hüseyn Əziz oğlu və Mustafayev Eldəniz Yusif oğlu ona ölümlə hədə-qorxu gələrək biznesini əlindən alıblar və şəxsi əşyalarına əl qoyublar. Onun sözlərinə görə, kirayə götürdüyü hər iki obyekt hədə-qorxu ilə icazəsi olmadan ələ keçirilib və hazırda fəaliyyət göstərməkdə davam edir.
Məsələ ilə bağlı Mehdi Ruslan Nizami oğlu və Patrul.az əməkdaşları şərikliyə son qoyulan, Xətai rayonunda yerləşən keçmiş “By.Ruslan Pizza” restoranına yollanıblar. Hadisənin təfərrüatları süjetimizdə əksini tapıb.
Çəkiliş zamanı şikayətçi Mehdi Ruslan Nizami oğluna məxsus “By.Ruslan Pizza” fiziki şəxs möhürünün obyekt sahibi Samir bəy tərəfindən saxlanıldığı iddia edilib. İddiaya əsasən, obyekt sahibi bildirib ki, Mehdi Ruslan obyekti təhvil versə də, kommunal borclar ödənilmədiyi üçün möhür müvəqqəti olaraq obyektdə saxlanılır və borclar tam ödənildikdən sonra geri qaytarılacaq.
Məsələni dəqiqləşdirmək üçün Patrul.az tərəfindən Samir bəy ilə əlaqə saxlanılıb. O, açıqlamasında möhürün heç kəs tərəfindən mənimsənilmədiyini, Mehdi Ruslanın isə obyekti təhvil verərkən kommunal borclara görə borclu qaldığını qeyd edib.
Samir bəy həmçinin Mehdi Ruslanın keçmiş şərikləri – Orucov Hüseyn Əziz oğlu və Mustafayev Eldəniz Yusif oğlu ilə birlikdə sosial şəbəkələrdə yayılan görüntülərə də münasibət bildirib. Mehdi Ruslanın paylaşdığı videoda onun da hadisə zamanı orada olduğu görünür. Samir bəyin sözlərinə görə, videoda iddia olunduğu kimi Mehdi Ruslana qarşı ölümlə hədə-qorxu olmayıb. O vurğulayıb ki, görüntülərə diqqətlə baxıldıqda Mustafayev Eldəniz Yusif oğlunun əsəb gərginliyindən əllərinin əsdiyi açıq şəkildə görünür və bu halın hədə-qorxu kimi təqdim olunması doğru deyil.
Ətraflı süjetdə:






