media-8198fa9a-402d-4101-a0c5-f112427966f4

Peruda qədim Caral sivilizasiyasına aid 5000 illik məzar tapılıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, bu qədim məzar qadınların cəmiyyətdəki rolunun tarixi anlayışlarını yenidən formalaşdırmağa səbəb ola bilər. Məzar bir zamanlar sahil zibilliyi kimi istifadə edilən Aspero ərazisində aşkarlanıb.

Arxeoloq David Palomino bu tapıntının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, “Bu, yüksək statuslu qadına aid olan elementləri ortaya qoyur”, – ifadəsini işlədib.

Məzar 20-35 yaşlarında vəfat etdiyi güman edilən bir qadına aiddir. Onun bədəni elə basdırılıb ki, hələ də dəri, saç və dırnaq izləri olduğu kimi qalıb.

Qadın Amazon macaws quşlarının lələkləri ilə bəzədilmiş mavi və qəhvəyi bir mantiya ilə örtülmüşdür. Məzarın yanında balqabaqlar, vazalar, tukan dimdiyi ilə doldurulmuş səbətlər və qurbanlar tapılıb.

Palomino, bu məzarın təfərrüatlarının yalnız şəxsi statusu deyil, eyni zamanda daha geniş mədəni dəyərləri əks etdirdiyini söyləyib: “Bu cəmiyyətdə yalnız kişilərin mühüm rolu yox, qadınların da mühüm rolu vardı”.

Arxeoloqlar bu tapıntının qədim dövrlərdəki cəmiyyətin cinsiyyət rollarını daha əvvəl düşünüləndən fərqli şəkildə təşkil etdiyini göstərdiyini söyləyirlər. Yəni, yalnız kişilər deyil, qadınlar da güclü və prestijli mövqelərə sahib ola bilərdilər.

Arxeoloq David Palomino bu tapıntının Caral sivilizasiyasının gender rollarına dair yeni düşüncələr yaratdığını və sivilizasiyanın cəmiyyətdəki qadınların rolunu yüksək qiymətləndirmiş ola biləcəyini ifadə edib. Caral, eyni dövrdəki Misir və Mesopotamiya kimi böyük sivilizasiyalardan fərqli olaraq, xarici təsirlərdən uzaq, özünəməxsus şəkildə inkişaf edib.

Qeyd edək ki, bu kəşf qadınların tarixin ən erkən şəhər mədəniyyətlərində də əhəmiyyətli mövqelər tutduqlarını göstərir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər