media-inshot_20250611_140900152

Azərbaycanın əsasən dağlıq və dağətəyi ərazilərində iyunun 12-15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşəklə müşayiət olunacağı gözlənilir.

Patrulaz.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Müxtəlif bölgələrdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal edilir.

Proqnozlaşdırılan yağıntılı hava ilə bağlı olaraq çaylarda su səviyyəsinin artacağı, müəyyən dağ çaylarından qısamüddətli sel və daşqınların keçəcəyi gözlənilir.


Bənzər xəbərlər