media-bd9210f6-e2e4-4b5d-b2b8-083ac4bed23d

Dünyaca məşhur müğənni Cennifer Lopez bu yaxınlarda Səudiyyə Ərəbistanında keçirilən Formula 1 Qran Pri tədbirinə qatılıb, pilotlarla görüşüb və səhnə performansı ilə çıxış edib.

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, bu gecədən sonra gündəmdə yalnız musiqi və sürət yox, həm də mübahisələr yer alıb.

Konsertin İslam aləminin qəlbi sayılan Məscidül-Həramdan cəmi 80 kilometr məsafədə – Ciddə şəhərində baş tutması qısa zamanda böyük narazılığa səbəb olub.

Lopezin möhtəşəm səhnə şousu və rəqs performansı tədbirə qatılanlar tərəfindən maraqla qarşılansa da, sosial media istifadəçiləri və ərəb mediası bu çıxışı “dini dəyərlərə zidd” hesab edib. Hadisənin Məkkəyə bu qədər yaxın ərazidə baş verməsi, müzakirələrin əsas mövzusuna çevrilib.

Ərəb mətbuatında bir çox köşə yazarı və sosial şəbəkə istifadəçiləri konserti “İslama təhqir” adlandırıb, bəzi şərhçilər isə bunun ölkənin dini və ictimai həssaslıqlarına uyğun gəlmədiyini bildirib.

Ləman Sərraf


Bənzər xəbərlər