Çətin anlarda birlik və yardımlaşmaq cəmiyyət üçün son dərəcə vacibdir - VİDEO
Güclü qar və sürüşkən yol şəraiti səbəbindən hərəkət edə bilməyən təcili tibbi yardım maşını bir qrup vətəndaşın köməyi ilə yolda hərəkətini bərpa edib.
Patrulaz.az-ın məlumatına görə, maşın yüksəkliyə qalxa bilmədiyi üçün insanlar onu itələyərək irəliləməsinə şərait yaradıblar. Soyuq hava və çətin yol şəraitinə baxmayaraq, vətəndaşların bu həmrəyliyi təcili tibbi xidmətin operativliyini təmin edərək xəstələrin vaxtında lazımi yardımı almasına imkan yaradıb. Bu hadisə bir daha sübut edir ki, çətin anlarda birlik və yardımlaşmaq cəmiyyət üçün son dərəcə vacibdir.