media-ba16f0b3-82c0-4a1c-8a29-a3993a19f3fc

Biləcəri qəsəbəsində, Kristal Abşeron yaşayış kompleksində qeyri-adi, eyni zamanda qınağa səbəb olan bir hadisə baş verib.

Patrulaz.az-a verilən məlumata görə “Çətir” restoranının kuryerləri olduğu iddia olunan şəxslər reklam vizitləri paylamaq üçün bloka daxil olublar. Lakin bu zaman sakinlərdən birinə məxsus uşaq skuterlərini görüb, blokun içində sürməyə başlayıblar. Ortaya həm gülməli, həm də məsuliyyətsiz bir davranış kimi qiymətləndirilən görüntülər çıxıb. Skuter çəki həddinin üstündə olan, yəni yetkin şəxs tərəfindən istifadə edildiyi üçün sonda zədələnib.
Məsələ ilə bağlı restoran rəhbərliyi ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Administrator isə məsələyə aydınlıq gətirmək əvəzinə, onu ört-basdır etməyə çalışıb. Sakinlər onlara məxsus əşyaların icazəsiz istifadə edilməsindən şikayətlənərək, dəymiş zərərin qarşılanmasını tələb edirlər.
Ümid edirik ki, restoran rəhbərliyi məsələni araşdıracaq və bu cür halların təkrarlanmaması üçün addımlar atacaq.


Bənzər xəbərlər