Ceyhun Bayramov iranlı həmkarını təbrik etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb.
Patrul.az xəbər verir ki, Ceyhun Bayramov İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsinin 47-ci ildönümü münasibətilə iranlı həmkarını təbrik edib.
Məlumata görə, bununla bağlı paylaşım İranın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkə hesabında yer alıb.






