media-inshot_20251020_032313891

Çinin səmasında rekord sayda pilotsuz təyyarə eyni vaxtda səmaya qalxaraq dünyanın ən böyük işıq şousunu yaradıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Liuyang şəhərində keçirilən möhtəşəm işıq şousu zamanı ümumilikdə 15 947 pilotsuz uçuş aparatı havaya qalxıb.

Şounun təşkilatçılarından biri Maykl Li bu barədə özünün “X”sosial media hesabında məlumat verib.

Yayımlanan görüntülərdə parlayan dronların çiçəklər, planet və yarpaqları atəşfəşanlıq kimi səpələnən nəhəng ağac fiqurlarını yaratdığı əks olunub.

Məlumata görə, bu tədbir multirotor və dronlar vasitəsilə yaradılan ən böyük hava təsviri kimi Ginnesin Dünya Rekordlarına daxil edilib.

Qeyd edək ki, bu, Çində də müəyyən edilmiş əvvəlki rekordu qırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər