media-img_2382

Çinin Ciansu əyalətinin Zhangjiagang şəhərində yerləşən, təxminən 1500 illik tarixə malik Yongqing məbədində güclü yanğın baş verib. Hadisə sosial şəbəkələrdə yayılan görüntülərdən sonra geniş müzakirələrə səbəb olub.

Patrul.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğın məbədin qədim tikili hissələrindən birində başlayıb və qısa müddətdə ətraf konstruksiyalara yayılıb. Alovların hündürlüyü bir neçə metrə çatdığı üçün hadisə yerinə çoxsaylı yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın nəzarətə götürülsə də, məbədin bəzi tarixi hissələrinin ciddi zərər gördüyü bildirilir.

Yerli hakimiyyət orqanları yanğının başvermə səbəblərinin araşdırıldığını açıqlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yongqing məbədi bölgənin ən qədim dini-mədəni abidələrindən biri hesab olunur. Məbəd həm Çin tarixi, həm də buddist memarlığı baxımından dəyərli irs nümunəsidir. Hadisə bu kimi tarixi obyektlərin qorunması məsələsini yenidən gündəmə gətirib.

Rəsmi qurumlar ziyanın miqyasının müəyyən edilməsi və məbədin bərpası ilə bağlı işlərin yaxın günlərdə başlayacağını bildiriblər.


Bənzər xəbərlər