Çində Yer üzündə rast gəlinməyən yeni bakteriya aşkar edilib
Çinin Tiangong Kosmik Stansiyasında daha əvvəl Yer üzündə rast gəlinməmiş yeni bir bakteriya növü kəşf edilib.
Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, bu sirli bakteriya, Çinli taykonavtların stansiyanın bir bölməsində səth nümunələri götürməsi nəticəsində aşkarlanıb. “Niallia tiangongensis” adlandırılan bu bakteriya, Yerdəki oxşar bakteriyalarla qohum olsa da, kosmosun sərt şəraitində sağ qalmasına imkan verən unikal xüsusiyyətlərə malikdir.
Bu kəşf, uzunmüddətli kosmik missiyalarda astronavtların sağlamlığının qorunması və kosmik aparatların funksionallığının davam etdirilməsi baxımından mühüm bir addım kimi qiymətləndirilir.
Shenzhou Kosmik Biotexnologiya Qrupu və Pekin Kosmik Aparat Sistemləri Mühəndisliyi İnstitutunun tədqiqatçıları bildiriblər ki, bu bakteriya kosmosun ekstremal şəraitinə uyğunlaşmaq üçün oksidativ stressə qarşı müqavimət və radiasiya zədələrini bərpa etmə qabiliyyəti kimi mexanizmlər inkişaf etdirib.
Ləman Sərraf






