media-2d79ddbb-0f5b-4a78-bb14-88ecc082ff58

“Bolt” platformasında fəaliyyət göstərən BYD Destroyer markalı, 77UK767 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sərnişini təhqir etdiyi bildirilir.

Qaynar xəttimizə daxil olan şikayətdə vətəndaş bildirib ki, tətbiq vasitəsilə sifariş verib. Sürücü mesaj bölməsində iş saatının bitdiyini bildirərək sifarişin ləğv olunmasını xahiş edib. Sərnişin isə cavab olaraq sifarişin sürücünün özü tərəfindən ləğv edilməli olduğunu qeyd edib. Bundan sonra sürücünün etikadan kənar ifadələr işlətdiyi iddia olunur.

Vətəndaş Patrul.az vasitəsilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən və digər müvafiq qurumlardan məsələ ilə bağlı araşdırma aparılmasını və hadisəyə hüquqi qiymət verilməsini tələb edib.

media-00f2e11d-b3be-489e-9605-97a6989bf32e


Bənzər xəbərlər