Daha bir ölkədə rəsmiləri daşıyan təyyarə qəzaya uğrayıb - Sağ qalan yoxdur
Kolumbiyada ağır təyyarə qəzası baş verib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, qəza nəticəsində göyərtəsində olan 15 sərnişinin hamısı həlak olub.
Təyyarədə ölənlər arasında millət vəkili Diogenes Quintero və Konqresə namizəd Karlos Salsedo da olub.
Kolumbiya Prezidenti Qustavo Petro “X” sosial şəbəkəsində qurbanların ailələrinə başsağlığı verərək, “Bu ölümlərə görə dərin kədərlənirəm” yazıb.
Qəza ilə bağlı vəziyyət və onun səbəbləri barədə hələlik çox şey məlum deyil.
Qeyd edək ki, təyyarə əvvəlcə radarlardan itərək yoxa çıxıb. Axtarışlar nəticəsində isə onun qalıqları dağlıq ərazidə tapılıb.






