Daha bir uşaq virtual oyunun qurbanı oldu - Boynuna kəmər bağlanıbmış...
Türkiyənin Trabzon şəhərində müəmmalı ölüm hadisəsi baş verib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, 13 yaşlı Eymen Bilgin otağında hərəkətsiz vəziyyətdə tapılıb. O, təcili xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İddialara görə, 3-cü sinif şagirdi E.Bilgin virtual oyun zamanı ona verilən tapşırıqları yerinə yetirərkən ölüb.
Ailənin şübhələrindən sonra yeniyetmənin otağında aparılan araşdırma zamanı oyuna aid yazılı təlimatların olduğu sənədlər də aşkarlanıb. Ailə üzvlərinin sözlərinə görə, hərəkətsiz vəziyyətdə tapılan E. Bilginin boynunda kəmər bağlı olub.
Faktla bağlı araşdırma aparılır. Yeniyetmənin otağından götürülən kağızlar və kompüter müayinə üçün ekspertizaya təqdim edilib.
Gülbəniz Səfərova






