media-inshot_20260217_103238970

Türkiyədə dayanacaqda qoyulmuş naməlum çamadan təhlükəsizlik narahatlığı yaradıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karabük şəhərində baş verib.

Məlumata görə, uzun müddət sahibsiz qalan çamadan yerli sakinlərin diqqətini çəkib. Onlar vəziyyətdən şübhələnərək hüquq-mühafizə orqanlarına məlumat veriblər. Dərhal əraziyə polis əməkdaşları və bomba zərərsizləşdirmə mütəxəssisləri cəlb olunub.

Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, ərazi müvəqqəti olaraq nəzarətə götürülüb. Çantaya baxış zamanı içərisində müxtəlif geyim əşyalarının olduğu müəyyən edilib.

Bununla belə, mümkün risklərin qarşısını almaq məqsədilə təhlükəsizlik qüvvələri çamadanı nəzarətli şəkildə partladaraq zərərsizləşdiriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər