Dəhşətli hadisə: İti vurmaq istəyən kişi səhvən yoldan keçən ər-arvadı güllələdi
Türkiyədə dəhşətli hadisə baş verib.
Patrulaz.az “HaberGlobal”a istinadla xəbər verir ki, 71 yaşlı Mehmet Ö. Edirnənin Erikli məhəlləsindəki bağçasında toyuqları yediyi üçün sahibsiz iti tüfənglə vurmaq istəyib.
Lakin o, səhvən yoldan keçən 74 və 69 yaşlı ər-arvadı güllə ilə yaralayıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılsa da, 69 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Onun həyat yoldaşının müalicəsi isə davam etdirilir.
Hadisədən sonra şübhəli Mehmet Ö. jandarma tərəfindən saxlanılıb.






