media-inshot_20251006_190326382

Türkiyənin Muğla bölgəsinin Yatağan rayonunda baş verən qəribə hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, sünnət toyu zamanı uşağı arabada daşımaq üçün gətirilən ata sahibi tərəfindən pivə verilib.

Hadisə anı ətrafdakılar tərəfindən lentə alınıb. Görüntülərdən sonra aparılan araşdırmalarda məlum olub ki, həmin ata bundan əvvəl də spirtli içki verildiyi üçün alkoqol asılılığı yaranıb.

Hadisə heyvan hüquqları müdafiəçilərinin kəskin reaksiyasına səbəb olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər