media-inshot_20260519_102210677

Türkiyənin Konya vilayətində qan donduran ailə qətliamı baş verib.

Patrul.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq fakültəsinin 22 yaşlı tələbəsi Cihan Dinçer ana və atasını amansızlıqla qətlə yetirib.

Hadisə Meram rayonunun Havzan məhəlləsi, Benekli küçəsində yerləşən ikimərtəbəli binadakı mənzildə qeydə alınıb.

Məlumata görə, cinayəti törədən C.Dinçer hadisədən sonra qaçıb. Ətrafdakı vətəndaşlar onu parkda əli və üst-başı qanlı vəziyyətdə görərək dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini saxlayıblar.

İlkin dindirilmə zamanı C.Dinçer törətdiyi əməli etiraf edib: “Böhran anında bıçağı mətbəxdən götürdüm və hadisəni törətdim”.

Şübhəlinin ifadəsindən sonra polislər ailənin yaşadığı evə yollanıblar. Giriş qapısı kilidli olduğundan mənzilə yanğınsöndürmə briqadasının köməkliyi ilə daxil olmaq mümkün olub. Evə baxış zamanı ana, 56 yaşlı Nazife Çiğdem Dinçer və ata, 57 yaşlı Gökhan Dinçerin meyitləri aşkarlanıb.

Meyitlər ekspertizaya göndərilib. Tibbi ekspertizanın rəyinə əsasən, oğul anasına 20, atasını isə 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən valideynlərin hər ikisi baytar (veterinar) həkim olub və Konya İl Tarım və Orman Müdirliyində çalışıblar. C.Dinçer isə 3 uşaqlı ailənin ən kiçik övladıdır. Onun ciddi psixoloji problemlərinin olduğu iddia edilir.

Məhkəmənin qərarı ilə C.Dinçer barəsində həbs qətimkan tədbiri seçilib və o, qapalı həbsxanaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gülbəniz Səfərova

media-annesini-20-babasini-10-bicak-19857949-3938_1_m media-annesini-20-babasini-10-bicak-19857949-7570_1_m

media-annesini-20-babasini-10-bicak-19857949-3438_1_m


Bənzər xəbərlər