media-inshot_20260209_080906807

Nigeriyada sərnişin yük maşını ağır qəzaya uğrayıb.

Patrul.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Kano ştatında baş verib. Qəza nəticəsində azı 30 nəfər ölüb, çoxsaylı şəxslər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, qəzaya sürücünün ehtiyatsız davranışı səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kano ştatının qubernatoru Abba Yusuf baş verənləri “ürəkparçalayan” hadisə adlandıraraq, həlak olanların ailələrinə başsağlığı verib.media-katliam-gibi-kaza-30-kisi-feci-sekilde-can-verdi-19550581_7467_amp media-crime-scene-065011873-16x9 media-screenshot_20260209_081002_google

Gülbəniz Səfərova


Bənzər xəbərlər