media-inshot_20260218_112246256

ABŞ-nin Kolorado ştatının cənubunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 30-dan çox avtomobil toqquşub. Hadisə zamanı azı 4 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilib ki, yaralılardan 7 nəfərin vəziyyəti ağırdır, 1 nəfər kritik vəziyyətdədir, 21 nəfər isə orta və yüngül xəsarətlərlə tibbi yardım alır.

Məlumata görə, qəzaya düşən nəqliyyat vasitələrindən biri 30 qoyun və bir keçi daşıyan qoşqulu pikap olub. Hadisədən sonra heyvanlardan dördü tələf olub, sağ qalanlar isə təhlükəsiz şəkildə qorunaraq sahiblərinə təhvil verilib.

Qəzanın güclü külək və pis hava şəraiti zamanı baş verdiyi bildirilib. Şiddətli külək səbəbindən görünürlüyün xeyli azalması sürücülər üçün ciddi çətinlik yaradıb və hadisənin əsas səbəblərindən biri kimi göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər