media-bda12e41-a148-4e8f-8f3d-9bdffeb8503a

Yay mövsümünə qədər arıqlamaq üçün ac qalmaq heç də vacib deyil. Sertifikatlı dietoloq Tara Kollinqvudun fikrincə, sadəcə qidalanma rejimini bir qədər dəyişmək kifayətdir ki, arıqlama prosesi təbii şəkildə başlasın.

Patrulaz.az “Cursorinfo”ya istinadən xəbər verir ki, qarın piylərini dərhal əridən “möcüzəvi” bir qida olmasa da, bəzi məhsullar maddələr mübadiləsini sürətləndirə, şişkinliyi azalda və piy toxumasının tədricən azalmasına kömək edə bilər.

Kollinqvud bildirir ki, bu məhsulların təsiri bəzən qarın əzələsi məşqlərindən daha nəzərəçarpacaq ola bilər, çünki həmin məşqlər daha çox əzələ formalaşdırır, amma piy yandırmır.

Bu cür məhsullardan biri avokadodur- faydalı yağlar və liflə zəngindir, toxluq hissini uzun müddət qorumağa kömək edir. Yumurtalar da ideal seçim sayılır: tərkibindəki yüksək miqdarda protein iştaha nəzarət etməyə və insulin səviyyəsini stabilləşdirməyə kömək edir. Giləmeyvələr, digər meyvələrlə müqayisədə daha az şəkər ehtiva edir, orqanizmə antioksidantlar və lif təqdim edərək iltihabı və şirniyyata meyli azaldır.

İspanaq və kələm kimi yaşıl yarpaqlı tərəvəzlər həzmi yaxşılaşdırır və şişkinliyi azaldır. Şirin kartof isə lif və mürəkkəb karbohidratlar sayəsində qanda şəkər səviyyəsini sabit saxlayır və insulinə qarşı müqavimətin qarşısını alır.

Ara yeməklər üçün dietoloq qoz-fındıq tövsiyə edir. Bu məhsullar protein və faydalı yağlarla zəngindir və bel nahiyəsində piylənmənin azalmasına kömək edə bilər.

Yaşıl çay, tərkibindəki katexinlər və kofein sayəsində, xüsusilə qarın bölgəsində yağ yandırılmasını sürətləndirir. Yunan yoqurtu, xüsusilə şəkərsiz və az yağlı növləri, orqanizmi protein və bağırsaq mikroflorasını tənzimləyən probiotiklərlə təmin edərək şişkinliyi azaldır.

Kollinqvud vurğulayır: bu məhsullar “möcüzə dərman” deyil, amma balanslı qidalanma çərçivəsində mütəmadi istifadə olunarsa, nəzərəçarpacaq nəticələr verə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər