Dörd ölkə İsrailin müsabiqəyə qatılmasına görə “Eurovision 2026”ı boykot edəcək
İsrailin beynəlxalq musiqi yarışması “Avroviziya 2026”da iştirakına etiraz olaraq bir sıra Avropa ölkələri boykot qərarı verib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu ölkələrə İrlandiya, Hollandiya, Sloveniya və İspaniya daxildir. Həmin ölkələr Avropa Yayım Birliyinin (AYB) İsrailin növbəti il keçiriləcək müsabiqədə iştirakına icazə verməsindən sonra “Eurovision 2026”da yer almayacaqlarını bildiriblər.
Boykot qərarının əsas səbəbi kimi Qəzza zolağında davam edən İsrail–Fələstin münaqişəsi və burada azı 70 125 nəfərin həlak olması göstərilir.
Gülbəniz Səfərova






