Dostların fişəng əyləncəsi faciə ilə bitdi - VİDEO
ABŞ-də gənclər arasında fişəng əyləncəsi faciə ilə bitib.
Patrulaz.az “Bash Tube”a istinadla xəbər verir ki, ABŞ-də avtomobildə olan bir qrup gəncdən biri fişəng yandıraraq onu pəncərədən bayıra atmaq istəyib.
Lakin nasaz fişəng alışdıqda oğlanın barmaqları arasında partlayıb.
Partlayış nəticəsində qışqırıq səsi eşidilən oğlanın barmaqlarının qopduğunu görən dostları şoka düşüblər.
Həmin görüntüləri təqdim edirik:






